"Roma" klubu hücumçusu ilə bağlı qərar verib

"Roma" klubu hücumçusu ilə bağlı qərar verib

İtaliyanın "Roma" klubu icarə əsasında komandada çıxış edən Romelu Lukakunun gələcəyi ilə bağlı qərar verib.

"Birxeber.Az" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi belçikalı hücumçu üçün 43 milyon avro ödəməyi planlaşdırmır.

Forvard böyük ehtimalla yayda müqavilə ilə məxsus olduğu İngiltərənin "Çelsi" klubuna qayıdacaq. Lakin o, yenidən komandasını dəyişə bilər.

Səudiyyə Ərəbistanının bir neçə klubu da Lukaku ilə maraqlanır.

Qeyd edək ki, futbolçu cari mövsüm A Seriyasında 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.