İstehlak Mallarının Ekspertizası Mərkəzi auditor seçir

İstehlak Mallarının Ekspertizası Mərkəzi auditor seçir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC maliyyə audit xidmətləri üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 31,5 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 2-si, saat 18:00-a qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 82 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 2-si, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.