AYNA auditor seçir

AYNA auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının auditi xidməti üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 13-ü, saat 17:00-a qədər AYNA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 13-ü, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.