Gecikmiş transferin pərdəarxası: "Pəncərə" bağlanıb, yoxsa yox? - AÇIQLAMA

Gecikmiş transferin pərdəarxası: "Pəncərə" bağlanıb, yoxsa yox? - AÇIQLAMA

Azərbaycanda qış "transfer pəncərəsi" bağlansa da, klublar heyətlərini yeni futbolçu ilə gücləndirirlər.

"Birxeber.Az"un məlumatına görə, son olaraq bu gün "Zirə" klubu İlkin Muradovun "Səbail"ə icarəyə verildiyini açıqlayıb.

Artıq transfer dönəminin bitməsindən 5 gün ötdüyünü nəzərə alsaq, bu keçidin nə qədər qanunauyğun olduğu şübhə yaradıb.

Peşəkar Futbol Liqasının (PFL) texniki direktoru Elgiz Abbasov "Birxeber.Az"a açıqlamasında məsələyə aydınlıq gətirib.

PFL rəsmisi paytaxt təmsilçilərinin sənədləşməni fevralın 9-dan əvvəl həyata keçirmək ehtimalının olduğunu diqqətə çatdırıb: "Əsas odur ki, oyunçu ayın 9-dan sonra keçmiş komandasında oynamasın və ya adı protokolda olmasın. İlkin Muradov son olaraq "Zirə"də ayın 5-də meydana çıxıb. Həmin vaxt transfer dövrü bitməmişdi. Klublar arasında razılaşma 6-7-8 və ya 9 fevralda olubsa və müqavilə həmin tarixlərdə bağlanıbsa, keçidin bu gün açıqlanmasında hansısa problem yoxdur. "Səbail" futbolçunu PFL-də qeydiyyata sala bilər".

Transfer edən tərəfin - "Səbail"in baş meneceri Zamiq Hüseynov isə Azərbaycan Premyer Liqasının XXII turunda "Zirə" ilə üz-üzə gəldikləri üçün bu keçidi açıqlamadıqlarını söyləyib: "Qarşı tərəflə hər şey razılaşdırılmışdı. Klublar arasındakı anlaşmaya əsasən, transferin görüşdən sonra açıqlanmasını istədik. Bütün sənəd məsələləri fevralın 9-dan əvvəl həll edilmişdi. Matçdan əvvəl söz-söhbətin olmasını istəmədik və təqdimatı bilərəkdən gecikdirdik".

Oyunçunun keçidini bu gün açıqlayan "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə də məsələnin daha əvvəl həll edildiyini söyləyib: "İlkin Muradov ayın 12-də "Səbail"lə oyunda iştirak etməyib. Hətta futbolçunun adı iştirak ərizəsinə də salınmayıb. Sənədlərdə də hər şey qaydasındadır".

Qeyd edək ki, Azərbaycanda qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edir.

Futbol Futbol
AVRO-2024: İsveçrədən darmadağın, Türkiyə Ermənistana qalib gəlib

AVRO-2024: İsveçrədən darmadağın, Türkiyə Ermənistana qalib gəlib

Futbol Futbol
Messi və Ronaldu uzun müddətdən sonra üz-üzə gələcəklər

Messi və Ronaldu uzun müddətdən sonra üz-üzə gələcəklər

Futbol Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol Futbol
Çempionlar Liqası: Bu gün daha iki komanda 1/4 finala vəsiqə qazanacaq

Çempionlar Liqası: Bu gün daha iki komanda 1/4 finala vəsiqə qazanacaq

Futbol Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir

Futbol Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda ilk hissə qolsuz başa çatıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda ilk hissə qolsuz başa çatıb

Futbol Futbol
“Araz-Naxçıvan” konqolu futbolçunu transfer edib

“Araz-Naxçıvan” konqolu futbolçunu transfer edib

Futbol Futbol
Çempionlar Liqası: İnzagi "Milan"la cavab oyununun baş hakiminə təzyiq edib

Çempionlar Liqası: İnzagi "Milan"la cavab oyununun baş hakiminə təzyiq edib

Futbol Futbol
"Sumqayıt"ın legioneri: "Qarabağ"la oyun fərqli hisslər oyadır"

"Sumqayıt"ın legioneri: "Qarabağ"la oyun fərqli hisslər oyadır"

Futbol Futbol
“Barselona”nın futbolçusu Fransa klubuna keçib

“Barselona”nın futbolçusu Fransa klubuna keçib

Futbol Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb