"Neftçi" rəsmisi: Hansısa oyunçu haqqında qərar veriləndə baş məşqçi ilə danışılacaq

"Neftçi" rəsmisi: Hansısa oyunçu haqqında qərar veriləndə baş məşqçi ilə danışılacaq

Hansısa oyunçu haqqında qərar veriləndə fikir mübadiləsi aparılacaq, baş məşqçi ilə danışılacaq. Futbolçunun keyfiyyəti, yaşı və başqa məsələlər nəzərə alınandan sonra yekun qərarı mən verəcəyəm.

"Birxeber.Az"un məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner onun dönəmində komandaya cəlb edilmiş futbolçulardan danışıb: "Konte və Moreno gəncdirlər. Onların liqaya, ölkə mədəniyyətinə uyğunlaşmaları üçün müddət lazımdır. Morenonun oyununu müəyyən qədər görmüşük. Nəzərə almaq lazımdır ki, onlar üç aydır buradadırlar. Onların ən yaxşı performanslarını görməmişik. Yayda "Neftçi"də deyildim. Amma transfer barədə məlumat verilib. Oyunçuların qısa müddət ərzində kluba cəlb edildiyi deyildi. Məşqçinin təsdiqlədiyi və bəyəndiyi oyunçuları almaq lazımdır. Əks halda bu, problem yarada bilər".