Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

Avropa Liqasının 2023/24 mövsümü üçün yarımfinal cütlükləri bəlli olub.

"Report"un məlumatına görə, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.

Yarımfinal cütlükləri aşağıdakı kimidir:

"Marsel" (Fransa) - "Atalanta" (İtaliya),

"Roma" (İtaliya) - "Bayer" (Almaniya).

Bu mərhələdəki qarşılaşmalar mayın 2 və 9-da baş tutacaq.