Zaxarova estoniyalı komandanın Rusiya şəhərlərinin dağıdılması ilə bağlı dediklərinə münasibət bildirib

Zaxarova estoniyalı komandanın Rusiya şəhərlərinin dağıdılması ilə bağlı dediklərinə münasibət bildirib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Heremin “Rusiya tərəfindən təcavüz baş verəcəyi təqdirdə Rusiyanın İvanqorod və Peçor şəhərlərini dağıdacaq” sözlərini şərh edib.

Birxeber.Az xəbər verir ki, Zaxarova bunu “İzvestiya”ya bildirib.

“İdarəolunmaz xəstə”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem deyib ki, Estoniya qüvvələri Moskvanın mümkün təcavüzü halında Rusiyanın respublika ilə həmsərhəd şəhərlərini - İvanqorod və Peçorini dağıdacaq. Bundan əlavə, o, Estoniyanın Rusiyanı məğlub edəcəyinə əmin olduğunu bildirib.