Qazaxıstanda yük qatarının iştirakı ilə ağır qəza baş verib - VİDEO

Qazaxıstanda yük qatarının iştirakı ilə ağır qəza baş verib  - VİDEO

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Belarus Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında baş verib.

Belarusun kalium gübrələrini daşıyan qatar relsdən çıxaraq yaxınlıqda dayanan lokomotivə çırpılıb.

Nəticədə stansiya infrastruktura ziyan dəyib.

İlkin səbəb olaraq qatarın altındakı açarın nasazlığı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən qəza Qazaxıstanla Çin arasında marşrutların hərəkətinə təsir göstərib.