Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb - YENİLƏNİB

Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb  - YENİLƏNİB

Türkiyənin Tokat vilayətində baş verən zəlzələ nəticəsində bir nəfər xəsarət alıb, evlərə ziyan dəyib.

Birxeber.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər görüb, iki məscidin minarələri dağılıb.

***
19:23

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.

Sulusaray rayonunun bələdiyyə sədri bildirib ki, bir kənddə bəzi evlər zərər görüb.