Meksika sahillərində 5,6 maqnitudada zəlzələ olub

Meksika sahillərində 5,6 maqnitudada zəlzələ olub

Meksika sahillərində, Kaliforniya körfəzində 5,6 maqnitudada zəlzələ baş verib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min nəfər əhalisi olan Loreto şəhərindən 87 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.