Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb

Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.

Sulusaray rayonunun bələdiyyə sədri bildirib ki, bir kənddə bəzi evlər zərər görüb.