Yeni Kaledoniyanın komitə sədri: Fransa etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır

Yeni Kaledoniyanın komitə sədri: Fransa etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır

"Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilik baxımından da reallaşdırmağa çalışır".

Birxeber.Az xəbər verir ki, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin bunu Milli Məclisdəki mətbuat konfransında bildirib.

O deyib ki, rəsmi Paris bununla minlərlə insanın qərarına təsir göstərmək məqsədi güdür: "Yeni Kaledoniya zaman-zaman Fransanın ilə müxtəlif müqavilələr imzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniyanın müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır. Bu gün Fransa öhdəliklərinə riayət etməyərək, bununla da tərəfsizlikdən kənarlaşır. Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağa çalışır. COVID-19 pandemiyası dövründə də referendum keçirilmişdi. Bizim kimi müstəqillik tərəfdarları olan hərəkatlar bizə dəstək nümayişi etdirməyə başladılar. Referendumun nəticələrinə üçüncü baxış heç də ədalətli deyildi. Halbuki bu, bizim üçün son dərəcə vacib idi. 2020-ci ildəki referendumda əhalinin 85 faizi iştirak etmişdi, amma 2021-ci ildə isə bu rəqəm 43 faizə düşmüşdü. Bu il əyalətlərdə də seçki keçirilməli olsa da, bu proses təxirə salındı. Fransa hökuməti yerli kanak xalqına aid olmayan 30 min nəfərin referendumda iştirakını əngəlləmək də istəyirdi. Biz hesab edirik ki, dünya ictimaiyyəti bütün xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır. Biz müstəqillik uğrunda mübarizəmizi davam etdiririk".