Hacıqabulda qatar vuran 49 yaşlı qadın ölüb - YENİLƏNİB

Hacıqabulda qatar vuran 49 yaşlı qadın ölüb - YENİLƏNİB

Hacıqabulda qatar vuran qadın ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1975-ci il təvəllüdlü İbrahimova Təhminə Əhəd qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları tərəfindən araşdırma aparılır.

***

17.31

Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Bu barədə “APA-Economics” ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Əlibəy Zeynallı

Şükran Məmmədov