İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub

İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.