Omayra Naiselin: Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün "yol xəritəsi"dir

Omayra Naiselin: Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün "yol xəritəsi"dir

Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün "yol xəritəsi"dir.

Bunu “Birxeber.Az”un əməkdaşının sualını cavablandarırarkən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin aprelin 18-də Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə parlamentləri arasında əməkdaşlıq memorandumunun imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq:

"Bu sənəd Yeni Kaledoniya üçün həm də "yol xəritəsi"dir. İnanıram ki, bu münasibətlər artaraq inkişaf edəcək. 20-30 ildir imzalanan sazişlər nəticəsiz qalır. Bu da o deməkdir ki, xalqlar öz mənsubiyyətini qoruyub saxlaya bilmir. Ona görə də bu kimi sənədlərin sadəcə kağız üzərində qalmamasına çalışmalıyıq. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik".