"Turan Tovuz" rəsmisi: Əsas məqsədimiz köklü kluba çevrilməkdir

"Turan Tovuz" rəsmisi: Əsas məqsədimiz köklü kluba çevrilməkdir

Əsas məqsədimiz köklü kluba çevrilməkdir.

Bunu “Birxeber.Az”a açıqlamasında “Turan Tovuz” klubunun İdarə Heyəti sədrinin müşaviri Oqtay Abdullayev deyib.

Mütəxəssis qərb təmsilçisinin hazırkı durumu və hədəfləri barədə danışıb: “Hər il Azərbaycan Premyer Liqasında sabit çıxış edən kollektiv yaratmaq istəyirik. Belə bir deyim var: "general olmaq istəməyən əsgər yaxşı əsgər deyil". Mövsümün əvvəlində düşünürdük ki, Premyer Liqada yerimizi qoruyaq. Lakin zamanla qazanılan uğurlu nəticələrdən sonra hədəf bir qədər də böyüdü. Klub adına yaxşı imic formalaşdırmalıyıq”

O.Abdullayev Premyer Liqanın XXXI turu çərçivəsində Tovuzda “Sumqayıt” ilə oyunu və avrokuboklar şanslarını dəyərləndirib: “Bizi sabah çətin qarşılaşma gözləyir. Tək məqsədimiz qələbə qazanmaq və turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaqdır. Növbəti matçlarda da yaxşı nəticələr qazansaq, Konfrans Liqasına vəsiqə əldə edə bilərik. Niyə də olmasın?"