Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb

Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 30 yeni dövlət standartı qəbul edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfəyədək artıb.

“Yeni standartların qəbulu məhsul və xidmətlərin keyfiyyət, uyğunluq və təhlükəsizlik göstəricilərinin artırılmasına xidmət etməklə istehlakçıyönümlü siyasətin uğurla davam etdirilməsinə şərait yaradır”, - M.Abbasbəyli qeyd edib.