Tarixçi: Fransa hökuməti kanak mədəniyyətini yer üzündən silməyə çalışır

Tarixçi: Fransa hökuməti kanak mədəniyyətini yer üzündən silməyə çalışır

Fransa hökuməti kanak xalqının mədəniyyətinə hücum edib.

“Birxeber.Az” xəbər verir ki, bunu Yeni Kaledoniya Senat Katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, kanak xalqının üç min ilə yaxın tarixi və mədəniyyəti var:

"Fransa buna müdaxilə etməməlidir. Ancaq Fransa bu mədəniyyəti yer üzündən silməyə və insanlarımızı Qərb mədəniyyətindən asılı vəziyyətə gətirməyə çalışır. Mədəniyyətə hücum etmək isə xalqın ruhuna hücum etməkdir. Bunun qarşısı alınmalıdır”.