Deputat: Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür

Deputat: Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür

Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.

“Birxeber.Az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.

Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib.