Macarıstan və Ukrayna xarici işlər nazirləri görüşüb - FOTO - YENİLƏNİB

Macarıstan və Ukrayna xarici işlər nazirləri görüşüb - FOTO - YENİLƏNİB

Macarıstan və Ukrayna xarici işlər nazirləri görüşüb.

Ukraynada səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.
APA xəbər verir ki bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ujqorodda Siyarto və Kuleba arasında Ukrayna-Macarıstan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar keçirilir.
Görüşdə Ukrayna Prezident Ofisnin rəhbəri Andriy Yermak da iştirak edir.

Rəsmilər həmçinin Ukraynanın suverenliyin və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olan Ukrayna Silahlı Qüvvələrinin macar əsilli əsgərlərinin məzarlarını ziyarət ediblər.

***

12:40

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynaya gedib.

APA xəbər ki, bu barədə UNİAN məlumat yayıb.

Macarıstanlı nazir bu gün Ujqorodda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirəcək.