AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi “Şorsu” (Şəki) və “Olimpiya” (Ağcabədi) klublarına texniki məğlubiyyət verib.

“Report” xəbər verir ki, buna U-14 Liqasının oyunları çərçivəsində “Şorsu”nun “Kəpəz”lə, “Olimpiya”nın isə “Ulduz”la oyuna çıxmaması səbəb olub.

İntizam Komitəsi hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verib.