Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 64 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

QARABAĞ QARABAĞ
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-7

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-7

QARABAĞ QARABAĞ
Xankəndindən Laçın istiqamətində sülhməramlıların daha 2 avtomobili maneəsiz hərəkət edib - VİDEO

Xankəndindən Laçın istiqamətində sülhməramlıların daha 2 avtomobili maneəsiz hərəkət edib - VİDEO

QARABAĞ QARABAĞ
ANAMA sədri: “Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”

ANAMA sədri: “Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”

QARABAĞ QARABAĞ
Aksiya iştirakçıları sülhməramlıların birinin ailə üzvlərinin keçidinə şərait yaradıblar

Aksiya iştirakçıları sülhməramlıların birinin ailə üzvlərinin keçidinə şərait yaradıblar

QARABAĞ QARABAĞ
Beynəlxalq konfransın iştirakçıları Şuşaya yola düşüblər

Beynəlxalq konfransın iştirakçıları Şuşaya yola düşüblər

QARABAĞ QARABAĞ
Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib

Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib

QARABAĞ QARABAĞ
Xarici səyyahlar Azıx mağarasında olub

Xarici səyyahlar Azıx mağarasında olub

QARABAĞ QARABAĞ
Bu gün Xankəndidən Laçına 35 avtomobil maneəsiz keçid edib - YENİLƏNİB-4

Bu gün Xankəndidən Laçına 35 avtomobil maneəsiz keçid edib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 45 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 45 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib  

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib