Nazir müavini: "İribuynuzlu heyvanların identifikasiyası həyata keçirilir"

Nazir müavini: "İribuynuzlu heyvanların identifikasiyası həyata keçirilir"

Hazırda Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda iribuynuzlu heyvanların identifikasiyası həyata keçirilir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında - “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib.

"Bu proqram Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı ilə birgə proqram əsasında həyata keçirilir. Bundan başqa, qida təhlükəsizliyi ilə bağlı Azərbaycanda satılan pestisit və digər aqro dərmanlara nəzarət üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qruplar yaradılıb. Nazirlik Agentliklə birgə yoxlamalar aparır, həmçinin vəhşi heyvanlar arasında quduzluğun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Bunun üçün pilot layihə kimi tərkibində dərman olan aldadıcı yemlər qoyulur", - deyə o qeyd edib.