Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verib.
Nazirlikdən "Birxeber.Az"un yerli bürosuna verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 % çoxdur.
Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 %-ni "CT-1", 45,2 %-ni isə “Ümumi” formalı mənşə sertifikatları təşkil edib.