Azərbaycanda şagirdlərin sayı açıqlanıb

Azərbaycanda şagirdlərin sayı açıqlanıb

Hazırda ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil alır.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, uşaq bağçalarında 106 212 nəfər, məktəbdənkənar təhsil müəssisələrində isə 121 297 uşaq var.

Qeyd edək ki, bu gün ölkədə 4 329 məktəb, 1 668 uşaq bağçası və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.