Eyyub Hüseynov: "Qida müəssisələrində operativ yoxlamaların aparılması mümkün olmalıdır"

Eyyub Hüseynov: "Qida müəssisələrində operativ yoxlamaların aparılması mümkün olmalıdır"

Azərbaycanda aptek şəbəkələri orta dünya göstəricisindən 10 dəfə çoxdur.

“Report” xəbər verir ki, bunu "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında - “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə dərman biznesinə maraq çox yüksəkdir.

“Qidanın insana təsiri ilə bağlı aparılan araşdırmalar göstərir ki, onun insan sağlamlığına təsiri 50 %-dir. Ona görə də işi elə qurmalıyıq ki, insanların orta ömür uzunluğunun müddəti artsın.

Hesab edirəm ki, sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı qanunda dəyişiklik edilməlidir. Qida müəssisələrində operativ yoxlamaların aparılması mümkün olmalıdır”, - E. Hüseynov qeyd edib