Bu il 40-a yaxın bağça müdiri işdən çıxarılıb - RƏSMİ

Bu il 40-a yaxın bağça müdiri işdən çıxarılıb - RƏSMİ

Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək.

E.Bağırov bildirib ki, son 3 ayda 282 nəfər tərbiyəçi-müəllim uşaq bağçalarında işə qəbul olunub. Onun sözlərinə görə, agentliyin fəaliyyəti dövründə uşaq bağçalarına 39 nəfər müdir təyin olunub: "Bu il 17 min nəfər heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. İşdən çıxarılma məsələsi olmayacaq".