Almaniyanın vitse-kansleri Ukraynaya gözlənilməz səfər edib

Almaniyanın vitse-kansleri Ukraynaya gözlənilməz səfər edib

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Ukraynaya gözlənilməz səfər edib.

APA RND-yə istinadən xəbər verir ki bu gün səhər saatlarında vitse-kansler qatarla Kiyevə gəlib.

"Ukraynalılar Putinin təcavüzünə qarşı öz müqəddəratını təyin etmək, eyni zamanda Avropanın dəyərləri uğrunda mübarizə aparırlar", - nazir deyib.

O bildirib ki, Ukraynanın müdafiə mübarizəsində uğur qazanması Almaniyanın əsas maraqlarına uyğundur. Habek səfərinin Almaniyanın Ukraynaya davamlı dəstək verməli olduğuna işarə olduğunu vurğulayıb.

Almaniya vitse-kanslerinin səfər proqramına Ukrayna Prezidenti Vladimir Zelenski ilə yanaşı, Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko və energetika naziri Herman Haluşşenko ilə görüşlər daxildir. Danışıqlarda Rusiyanın son vaxtlar Ukraynanın enerji infrastrukturuna qarşı intensivləşmiş hücumları müzakirə olunacaq.