"Fənərbaxça" Çağlar Söyüncü transferini açıqlayıb

"Fənərbaxça" Çağlar Söyüncü transferini açıqlayıb

"Fənərbaxça" Çağlar Söyüncü transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi sosial media hesabında paylaşım edib.

İstanbul nəhəngindən verilən açıqlamada futbolçunun transferi üçün Madrid “Atletiko”su ilə razılığa gəlindiyi bildirilib:"Klubumuz müdafiəçi Çağlar Söyüncünün icarə transferi üçün Atletico Madrid və özü ilə razılığa gəldi. Milli oyunçu 2023-24 mövsümünün sonuna qədər "Fənərbaxça" formasını geyinəcək".

Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm Madrid komandasının heyətində 9 oyuna çıxıb.