AQEM-in Baş katibi: Regional marşrutların inkişafı qlobal ticarətə birbaşa təsir edir

AQEM-in Baş katibi: Regional marşrutların inkişafı qlobal ticarətə birbaşa təsir edir

Azərbaycan regionda nəqliyyat dəhlizlərinin inkişafı üzrə koordinatordur.

“Birxeber.Az” xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransında bildirib.

“Artıq aydındır ki, davamlı qarşılıqlı əlaqə mövzusunun bir çox aspektləri var. Söhbət təkcə logistika infrastrukturunun yaradılmasından deyil, həm də “yaşıl nəqliyyat” texnologiyalarının inkişafından gedir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın regional nəqliyyat marşrutlarının qurulmasındakı rolu dünya ticarətinə təsir edir:

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafından təkcə regionun logistikası deyil, qlobal ticarət də asılı olacaq”.