Şənbə günü paytaxtda iməcilik olacaq

Şənbə günü paytaxtda iməcilik olacaq

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcəkdir.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, - məlumatda vurğulanıb.