Qubada 25, Siyəzəndə 31 yaşlı kişinin meyiti aşkarlanıb

Qubada 25, Siyəzəndə 31 yaşlı kişinin meyiti aşkarlanıb

Quba və Siyəzən sakinlərin meyitləri evlərindən aşkar edilib.

APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Vüsal Zaidov yaşadıqları evin pilləkənindən özünü asaraq öldürüb.

Bundan başqa, Siyəzən rayonu Beşdam kəndində 1993-cü il təvəllüdlü Kamran Səfərov evinin heyətində yerləşən tövlədə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.