Baş katib: Azərbaycanın AQEM-ə sədrlik etməsi mühüm hadisədir

Baş katib: Azərbaycanın AQEM-ə sədrlik etməsi mühüm hadisədir

"Bu il 32-ci ildönümünü qeyd etdiyimiz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə fəaliyyəti dövründə məqsədinə çatıb".

APA-nın məlumatına görə, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycanın quruma sədrlik etməsi olduqca mühüm hadisədir: "Azərbaycan Asiya ölkələrinin böyük əksəriyyətinin üzv olduğu AQEM-in fəaliyyətinə böyük töhfə verir. İnanırıq ki, bu töhfələr ölkənizin quruma sədrliyi dövründə davam etdiriləcək. Çünki Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda olduqca əhəmiyyətli yerə malikdir. Azərbaycanın sədrlik müddətində əsas prioritetlərindən biri Asiyanın beynəlxalq əhəmiyyətli məsələlərdə artan rolunun daha da yüksəlməsinə mühüm töhfələr vermək olacaq. Bu gün AQEM qlobal səviyyədə mediasiya fəaliyyəti ilə də məşğuldur. Bu səbəbdən də təşkilata üzv ölkələrin qlobal siyasətdə iştirakının artırılması daha da zəruridir. Ümid edirik ki, bundan sonrakı dövrdə də qurumun instusional cəhətdən inkişafı üzrə də işlər görüləcək. Onlardan biri də qurumun yeni nizamnaməsinin qəbulu zərurəti ilə bağlıdır. Bu zərurət dünyada baş verən geosiyasi dəyişikliklər nəticəsində ortaya çıxıb".