Azərbaycanlılar Romada Ermənistanın mina terroruna qarşı etiraz aksiyası keçirəcək

Azərbaycanlılar Romada Ermənistanın mina terroruna qarşı etiraz aksiyası keçirəcək

Sabah azərbaycanlılar İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində, Piazza dei Santi Apostolidə etiraz aksiyası keçirəcəklər.

Bu barədə “Birxeber.Az”a aksiya iştirakçıları məlumat veriblər.

Bildirilib ki, İtaliya polisinin nəzarəti altında baş tutacaq aksiya Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina terorru barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

“30 il Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror və mina çirklənməsi regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Bu günə qədər azərbaycanlı hərbçilər və dinc sakinlər minaların qurbanı olub. Lakin ermənilər nə mina xəritələrini veriblər, nə də ekoloji terror ilə bağlı öhdəliklərini həyata keçiriblər. Bu məsələ ilə bağlı icazəli aksiya keçiriləcək”, - məlumatda qeyd olunub.