AQEM-in Baş katibi: "Azərbaycanın uğurlu hərbi əməliyyatı nəticəsində Qarabağ münaqişəsi tarixə qovuşdu"

AQEM-in Baş katibi: "Azərbaycanın uğurlu hərbi əməliyyatı nəticəsində Qarabağ münaqişəsi tarixə qovuşdu"

"Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində regionda uzun müddət davam edən Qarabağ münaqişəsi tarixə qovuşdu".

APA xəbər verir ki, bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay deyib.

O vurğulayıb ki, hazırda bölgədə icra olunan postmünaqişə dövrü layihələri diqqətlə izlənilir: "Təşkilatın əsas prioritetlərindən biri hərbi-siyasi əməkdaşlığın gücləndirilməsidir. Xüsusilə də dünyadakı geosiyasi dəyişikliklər fonunda bu çox vacibdir. Xüsusilə də Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsinin həlli üzrə həyata keçirdiyi tədbirlər nəticəsində regionda bir münaqişə tarixə qovuşdu. Hazırda isə bölgədə postkonflikt dövründə reabilitasiya tədbirləri həyata keçirilir. Onu da qeyd edim ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də vacibdir. Çünki həm Qazaxıstan, həm də Azərbaycan böyük qlobal nəqliyyat şəbəkələrinin üzərində yerləşir. Bu baxımdan təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq imkanlarının daha da artırılması zərurəti yaranıb".