ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. barelə yaxınlaşıb

ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. barelə yaxınlaşıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 2 735 min barel artaraq 459 993 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.