Belqorod vilayəti atəşə tutulub, yaralananlar var

Belqorod vilayəti atəşə tutulub, yaralananlar var

Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “VKontakte”də bildirib.

“Şebekino və Razumnı-71-də iki nəfər yaralanıb. Bir nəfər ambulator tibbi yardım alır və xəstəxanaya yerləşdirilməkdən imtina edib. Bir qadın isə ayaq yarası ilə həkimlərin müşahidəsi altındadır”, – o qeyd edib.