İzmirdə iki zavod yanır

İzmirdə iki zavod yanır

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində yer alan kauçuk və plastik zavodlarında yanğın baş verir.

“Report” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, yanğın hələlik bəlli olmayan səbəblərdən ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Olayda ölən və ya yaralananların olub-olmadığı açıqlanmayıb.