Xankəndi-Laçın yolunda etiraz aksiyası iki aydır fasiləsiz davam edir: tələblər dəyişməzdir

Xankəndi-Laçın yolunda etiraz aksiyası iki aydır fasiləsiz davam edir: tələblər dəyişməzdir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydır fasiləsiz olaraq davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 63-cü günüdür.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Beləliklə, 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


FOTO: Vüqar Xanlarov

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir

QARABAĞ QARABAĞ
Prezidentin xüsusi nümayəndəsi: "Bu sənədin Şuşanın yeni tarixinə düşəcəyinə inanıram"

Prezidentin xüsusi nümayəndəsi: "Bu sənədin Şuşanın yeni tarixinə düşəcəyinə inanıram"

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 41 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5 

Xankəndi-Laçın yolunda sülhməramlıların 41 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
XİN-in mətbuat xidmətinin rəhbəri Ağdaban soyqırımı ilə bağlı paylaşım edib

XİN-in mətbuat xidmətinin rəhbəri Ağdaban soyqırımı ilə bağlı paylaşım edib

QARABAĞ QARABAĞ
12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

QARABAĞ QARABAĞ
Qarabağdakı erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

Qarabağdakı erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

QARABAĞ QARABAĞ
Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər

Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: ekoaksiya yağışlı havaya baxmayaraq davam edir 

Xankəndi-Laçın yolu: ekoaksiya yağışlı havaya baxmayaraq davam edir 

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Braziliyalı jurnalist: “Ermənilərin Qarabağda törətdiyi dağıntılar sivil dünya üçün dəhşətli hadisələrdir”

Braziliyalı jurnalist: “Ermənilərin Qarabağda törətdiyi dağıntılar sivil dünya üçün dəhşətli hadisələrdir”

QARABAĞ QARABAĞ
Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir - RƏSMİ AÇIQLAMA

Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir - RƏSMİ AÇIQLAMA