KİV: “London və Kiyev Ukraynada Britaniya silahlarının istehsalı planlarını müzakirə edirlər”

KİV: “London və Kiyev Ukraynada Britaniya silahlarının istehsalı planlarını müzakirə edirlər”

London və Kiyev Ukrayna ərazisində Britaniya silahları istehsal edəcək birgə müəssisələrin yaradılması imkanını nəzərdən keçirir.

“Birxeber.Az” “The Daily Telegraph”a istinadən xəbər verir ki, Britaniya hərbi-sənaye kompleksinin yüksəkvəzifəli şəxsləri ukraynalı həmkarları ilə bu cür planları müzakirə edirlər.

Krallığın Müdafiə Nazirliyinin podratçı şirkətində işləyən qəzetin mənbələrindən biri nəşrin əməkdaşlarına bildirib ki, davam edən dialoqun məqsədi Böyük Britaniyanın Ukraynanın Avropa tərəfdaşları arasında müvafiq müqavilələr imzalayan ilk ölkə olmasını təmin etməkdir. Onun sözlərinə görə, hərbi-sənaye kompleksinin bir çox Avropa müəssisələri hazırda Kiyevlə danışıqlar aparır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi və Baş nazir Rişi Sunakın ofisi söhbətin iki ölkənin müdafiə sənayesi ilə məşğul olan şirkətlərinin qarşılıqlı fəaliyyətindən getdiyini əsas gətirərək bu məlumatı şərh etməkdən imtina ediblər.

Nəşr qeyd edib ki, daha öncə Ukraynada ABŞ və İsrail atıcı silahları lisenziya əsasında istehsal olunurdu. İndi Kiyev rəhbərliyi ölkədə Qərb tipli artilleriya qurğuları və zirehli maşınların istehsalını qurmağa çalışır ki, bu da NATO standartlarına keçidi sürətləndirəcək.

Region Region
Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Region Region
Baş prokuror: "İndiyədək Ukraynadan 16 mindən çox uşaq zorla deportasiya edilib"

Baş prokuror: "İndiyədək Ukraynadan 16 mindən çox uşaq zorla deportasiya edilib"

Region Region
Türkiyə Milli Təhlükəsizlik Şurası İsveç və Finlandiyaya çağırış edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İsveç və Finlandiyaya çağırış edib

Region Region
Rusiya XİN: “Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”

Rusiya XİN: “Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”

Region Region
Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq - YENİLƏNİB

Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq - YENİLƏNİB

Region Region
Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Region Region
Rusiya Prezidenti cəbhədəki son durumu qiymətləndirib: “Döyüşlər intensivləşib”

Rusiya Prezidenti cəbhədəki son durumu qiymətləndirib: “Döyüşlər intensivləşib”

Region Region
Türkiyə və Macarıstan İsveçin NATO-ya qəbulu məsələsində bir-birlərini məlumatlandıracaq

Türkiyə və Macarıstan İsveçin NATO-ya qəbulu məsələsində bir-birlərini məlumatlandıracaq

Region Region
Gürcüstanda bu gün matəm günüdür

Gürcüstanda bu gün matəm günüdür

Region Region
Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır

Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır

Region Region
Aİ “Rosselxozbank”ı yenidən SWIFT sisteminə qoşmaq niyyətində deyil

Aİ “Rosselxozbank”ı yenidən SWIFT sisteminə qoşmaq niyyətində deyil

Region Region
Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2

Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub” - YENİLƏNİB-2