ÇL: “Real” qalib gəlib, bütün yarımfinalçılar bəlli olub - YENİLƏNİB

ÇL: “Real” qalib gəlib, bütün yarımfinalçılar bəlli olub - YENİLƏNİB

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.

APA xəbər verir ki, 1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.

“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.

Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.

Burda daha dəqiq olan ispanlar yarımfinala yüksəlib.

Yarımfinal mərhələsinə aprelin 30-da "Signal Iduna Park" arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.

***

Saat 00:56

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

APA xəbər verir ki, Almaniyada “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) oyunu baş tutub.

“Alyans Arena”da oynanılan matçda Almaniya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Digər oyunda “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması keçirilir.

Oyunda əlavə vaxt oynanılır.