Türkiyənin XİN başçısı: "Müstəqil Fələstin qurulduğu halda HAMAS-ın hərbi qanadı dayandırıla bilər"

Türkiyənin XİN başçısı: "Müstəqil Fələstin qurulduğu halda HAMAS-ın hərbi qanadı dayandırıla bilər"

Müstəqil Fələstin dövləti qurulduğu halda HAMAS-ın hərbi qanadının fəaliyyəti dayandırıla bilər.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu bu gün Qətərdə baş tutan görüş zamanı HAMAS siyasi bürosunun rəhbəri İsmail Haniyə Türkiyə XİN rəhbəri Hakan Fidana bildirib.

H.Fidanın sözlərinə görə, bu, HAMAS tərəfindən dünyaya, xüsusən də Qərb ölkələri üçün çox önəmli bir mesajdır:

“Onlar 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasına razı olduqlarını, müstəqil Fələstin dövlətinin qurulduğu təqdirdə hərbi qanadının varlığına ehtiyac olmayacağına, siyasi partiya olaraq fəaliyyətlərinə davam edəcəklərini mənə bildirdilər”.