Lənkəranda maşın piyadanı vuraraq ağır xəsarət yetirib

Lənkəranda maşın piyadanı vuraraq ağır xəsarət yetirib

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın Cənub bürosunun verdiyi məlumata görə, hərəkətdə olan nəqliyyat vasitəsi Lənkəran rayonunun Boladı kənd sakini, 1967-ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.