Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, "Azərreyl” həlledici raunda vəsiqə qazanıb.

Komanda yarımfinalın ikinci oyununda "Gəncə"yə uduzub - 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)

"Azərreyl" ilk matçda 3:0 hesablı qələbəyə sevindiyi üçün finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq. “Abşeron” və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə “Abşeron” qalib gəlib - 3:1.