Astarada 6 otaqlı ev yanıb

Astarada 6 otaqlı ev yanıb

Astarada fərdi yaşayış evində yanğın olub.

Birxeber.Az-nın cənub bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi axşam saatlarında Astara rayonunun dağ kəndlərindən biri olan Marzəsə kəndində, 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 260 kvadrat metr olan 2 mərtəbəli 6 otaqlı ev yanar konstruksiyaları və əşyaları ilə tamamilə yanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.