Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib

Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə Azərbaycan üzrə hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirdik”, – nazir bildirib.