Müştərilər BRAVO-nun qonağı oldu! - İLK DƏFƏ! - FOTO

Müştərilər BRAVO-nun qonağı oldu!  -  İLK DƏFƏ!  - FOTO

Yarandığı gündən daima müştərilərinə həvəslə xidmət edib, onların sevərək alış-veriş etdiyi etibarlı brend olmağı hədəfləyən BRAVO bu dəfə tam fərqli yeniliklə gəlib.

Bu il 8 yaşını qeyd edən BRAVO növbəti illərin strategiyasını, hədəflərini, məhsul seçimini təyin etmək üçün müştərilərinə daha yaxın olmağı üstün tutub. Müştəri məmnuniyyəti, razılığı BRAVO-nun əsas hədəflərindəndir. Alıcıları üçün xidmət səviyyəsini daha da mükəmməlləşdirib, onların məmnunuyyətini artırmaq məqsədilə BRAVO onları baş ofisinə dəvət edib! Müştərilər marketlər şəbəkəsi haqqında fikirlərini, təklif və tövsiyələrini birbaşa BRAVO İdarə Heyəti ilə bölüşüb.

Müştəri xidməti, bazar tendensiyaları, məhsul çeşidi, promo kampaniyalar kimi mövzuların müzakirə olunduğu görüş maraqlı və səmimi anlarla yadda qalıb.

Görüş zamanı BRAVO-da məhsul seçimi, keyfiyyət standartları, korporativ dəyərlər haqqında məlumatlar İdarə Heyəti tərəfindən müştərilərə ətraflı izah olunub, onları maraqlandıran bütün suallara cavab verilib.

Görüşün sonunda BRAVO-da eksklüziv olaraq təqdim olunan “Carrefour” brendinə məxsus qida və qeyri-qida məhsulları dəyərləndirilmək üçün müştərilərə hədiyyə olunub.

Qeyd edək ki, bu il 8 yaşını qeyd edən BRAVO marketlər şəbəkəsi “Sonsuz sevgi və məmnuniyyət” prinsipi ilə müştərilərinə daima DOĞRU SEÇİM imkanlarını təklif etməyi hədəfləyib.

BRAVO baş ofisində “Qonağımız olun” layihəsi mütəmadi olaraq keçiriləcək. Görüşdə iştirak etmək istəyən hər kəs sosial şəbəkə hesablarından ətraflı məlumat əldə edə və ya *2266 qaynar xəttinə zəng vura bilər.