Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB

Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Məlumata görə, üçü uşaq olmaqla 60 nəfər yaralanıb.

Bildirilib ki, hazırda 6 nəfər itkin düşmüş hesab olunur.

Şəhərdə matəm elan edilib.

17:14

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.

Dağıntılar altından üç nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.