"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin səhmdarlarının pay bölgüsü dəyişib

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin səhmdarlarının pay bölgüsü dəyişib

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Birxeber.Az" bu barədə törəmə banka istinadən xəbər verir.

Məlumata görə, "PAŞA Bank Gürcüstan"ın səhmlərinin 92 %-nə nəzarət edən "PAŞA Bank" payını 85,1 %-ə endirib, əvəzində səhmlərin 8 %-nin sahibi olan "PAŞA Holdinq" MMC payını 14,9 %-ə qaldırıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb.