Çerniqova raket hücumunda 15 nəfər ölüb, 61 yaralı var - YENİLƏNİB-1

Çerniqova raket hücumunda 15 nəfər ölüb, 61 yaralı var - YENİLƏNİB-1

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölənlərin sayı 15-ə çatıb.

Birxeber.Az Unian-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı 61-ə yüksəlib.

Yaralananlardan üçünün uşaq olduğu qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

***

12:15

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölü sayı 9-a çatıb.

Birxeber.Az Unian-a istinadən xəbər verir ki, hadisə zamanı 20-dən çox insan da xəsarət alıb

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar.

***

11:29

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

Birxeber.Az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında yazıb.

“Ölənlər və çoxlu yaralılar var”, - deyə o qeyd edib.

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar və raket hücumu nəticəsində azı 4 nəfər həlak olub. Yaralıların sayı hələlik məlum deyil.